33 C
Bakı
27 İyul 2025 10:09
DünyaSiyasət

Ağ Ev: Tramp İsrailin Suriyaya və Qəzzadakı kilsəyə aviazərbələrindən xəbərsiz olub

ABŞ Prezidenti Donald Tramp İsrailin Suriyaya aviazərbələri və Qəzza zolağında yerləşən katolik kilsəsinə hücumu barədə əvvəlcədən məlumatlandırılmayıb. Bu barədə Ağ Evin sözçüsü Karolayn Levit jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Prezident nə Suriyada baş verən bombardman, nə də Qəzzadakı katolik kilsəsinə edilən zərbə barədə məlumatlı idi”, — deyə Levit İsrail ordusunun hərəkətlərini şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, insidentlərdən sonra Tramp dərhal İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlayıb.

“Prezident vəziyyətin düzəldilməsi yollarını müzakirə etmək üçün dərhal baş nazirə zəng etdi”, — deyə Ağ Evin nümayəndəsi bildirib.

Xatırladaq ki, 17 iyul tarixində İsrail hərbi qüvvələri Qəzza şəhərinin şimalında yerləşən Müqəddəs Ailə katolik kilsəsinə hava zərbəsi endirib. Hücum nəticəsində üç nəfər həlak olub, azı on nəfər yaralanıb. Hadisə cəmiyyət arasında geniş rezonans doğurub və kəskin tənqidlərə səbəb olub.

Bəzi KİV-lərin məlumatına görə, Ağ Evdəki bəzi rəsmi şəxslər İsrailin Suriyadakı obyektlərə, o cümlədən prezident iqamətgahına, Baş Qərargaha və Müdafiə Nazirliyinə endirdiyi zərbələrdən sonra Benyamin Netanyahunun gələcək addımları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Eyni zamanda, Trampın yaxın çevrəsində İsrail hökumət başçısına qarşı skeptik münasibətin artdığı da bildirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna bu ərazini işğaldan azad etdi

admin

Mask: “Onları məhv edəcəm”

redaktor

Duqin Putinə qarşı çıxıb? – Şeytelmandan şok

admin