25 C
Bakı
29 Avqust 2026 00:58
DünyaSiyasət

ABŞ-yə girişdə yeni dövr – Vizası olanlar da əlavə pul ödəyəcək

ABŞ-yə səfər edən turistlər üçün yeni qaydalar tətbiq olumağa başlayıb.

ABŞ-də qəbu olunana yeni qanuna görə, vizası olan xarici vətəndaşlar ölkəyə daxil olmaq üçün ən azı 250 dollar əlavə “viza bütövlük haqqı” ödəməli olacaq.

Yeni tətbiq, turizm, ticarət, təhsil və digər müvəqqəti məqsədlərlə ABŞ-yə gələn bütün viza sahiblərini əhatə edəcək.

Ancaq Viza Mütəxəssislik Proqramı çərçivəsində ABŞ-yə 90 gündən az müddətə səfər edən bəzi ölkələrin vətəndaşları – məsələn, Avstraliya və bir sıra Avropa İttifaqı ölkələrindən gələnlər  bu yeni ödənişdən azad olunacaq.

ABŞ Dövlət Departamenti yeni tətbiqin əsas məqsədinin viza rejimi pozuntularının qarşısını almaq və sərhəd təhlükəsizliyini maliyyələşdirmək olduğunu açıqlayıb.(Azpolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Moskvanın qarşısında seçim: Azərbaycanla münasibətlər, yoxsa təxribatlar?

redaktor

Azərbaycan diplomatlar üçün hərbi risk yaradan ölkələr siyahısına İranı da əlavə edib

redaktor

İran Trampın oğluna sui-qəsd cəhdi ilə bağlı iddialara cavab verdi

redaktor