33 C
Bakı
21 İyul 2025 16:14
CəmiyyətSiyasət

Tahir Kərimli: “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!

“Tanımadığım Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə qarşı nə qarayaxmam ola bilər?

Bu nə düşüncədir ki, səsləndirirlər? İkincisi, mən məmur deyiləm. Üçüncüsü, faktları deyirəm. Hətta demirəm ki, bu fakt düzdür, ya yalan”.

Tacxeber.com xəbər verir ki, bunu sabiq deputat Tahir Kərimli deyib.

O, AHİH-in onun barəsində açıqlaması barədə danışarkən əlavə edib:

“Dördüncüsü, bunlar niyə diqqəti mənim özümə yönəldirlər? Demişəm ki, vətəndaşların 90% müraciətinə AHİK-dən cavab verilmir. Başa düşürəm, onlayn qaydada olduğuna görə müraciətlər artıb.

Mənim qızım ömründə bir dəfə uzun illərdən sonra harasa göndəriş alıbsa, onun bu məsələyə nə dəxli var? Bunu niyə gözə soxurlar? Ayıb olsun onlara! Ayıb olsun ki, vətəndaşlara cavab vermirlər. Əksinə, müsahibəmdə dedim ki, ümid edirəm, AHİK-də kadr dəyişikliyi, irəliləyiş olar. Amma görünür ki, bunlar özləri qara yaxırlar, adlarını isə başqalarına qoyurlar”.

T.Kərimli bildirib ki, İttifaq onun üçün Naftalana verdiyi göndərişdən imtina edəcək:

“Hazırda ailəmlə bu barədə məsləhətləşirəm. Müvafiq qərara gəldikdən sonra məlumat verəcəyəm. Mənim kimi vəzifələrdə işləmiş adamların ailələri on illərdir, xaricdə ən bahalı sanatoriyalarda, başqa-başqa yerlərdə kef çəkirlər. Biz isə – nə özüm, nə də həyat yoldaşım post-sovet məkanı istisna olmaqla, heç vaxt xaricdə dincəlməmişik.

Naftalanda müalicə almağı da mənə çox görürlər? Eybi yoxdur, mən də etiraz olaraq AHİK-nin göndərişindən şəxsən imtina etmək qərarına gəlmişəm. Həyat yoldaşımla əlaqədar Naftalanı seçmişdim. Qoy harınxorlar nə qədər istəyirlər, keflərini sürsünlər. Xalqımın haqqını müdafiə etdiyimə görə, əziyyət çəkənləri, layiq olub, lakin dincəlmək hüququ əldə edə bilməyənlərin hüququnu müdafiə etdiyimə görə təyinatları məlum agentlik və saytlar tərəfindən bu cür hücuma məruz qalmağı həzm edə bilmərəm”.(Pravda.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Putinin Türkiyəyə səfəri yubadılır – Səbəb nədir?

admin

FHN əməkdaşlarının intim videoları ilə bağlı rəsmi açıqlama

admin

Ağadadaş Ağayevlə bağlı insidentin baş verdiyi hospital generala məxsusdur .

admin