15 C
Bakı
24 Mart 2026 13:47
CəmiyyətDünya

Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi

Dövlət Turizm Agentliyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasına dair tenderin nəticəsini açıqlayıb.

Tacxeber.com  32gun.az-a istinadən xəbər verir ki, qalib “VEGA TRAVEL MANAGEMENT” MMC olub. Tərəflər arasında  847.319,06 manatlıq  müqavilə bağlanacağı gözlənilir.

Bu şirkətin qanuni təmsilçisi Əmrah Rəhimli Natiq oğludur. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.

Qeyd edək ki, Agentliyin sədri Fuad Nağıyevdir. Prezident İlham Əliyev bu il martın 4-də imzaladığı sərəncamla ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət vermişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yemək istəmirsiniz, cəhənnəmə yeyin!

redaktor

Vəkil: Bəxtiyar Hacıyevin səhhəti ağırlaşıb

admin

“İnsanlar düşünür ki, varlılar gecə-gündüz qara kürü yeyir” – Psixoloqdan maraqlı AÇIQLAMA

redaktor