30 C
Bakı
21 İyul 2025 12:09
DünyaSiyasət

Polşa Ukraynaya yardım edən peyk şirkətində pay almağa hazırlaşır – Financial Times

Polşa hökuməti, Ukraynaya Rusiya ilə müharibədə kəşfiyyat məlumatları ilə yardım edən aparıcı peyk şirkəti Iceye-də pay almağa hazırlaşır. Bu barədə Financial Times məlumat yayıb.

Şirkətin baş direktoru Rafal Modjevski bildirib ki, danışıqlar yekun mərhələyə çatıb. İnvestisiyanın dəqiq məbləği açıqlanmasa da, Polşanın yatırımı artıq cəlb edilmiş 550 milyon dollar məbləğindəki vəsaiti tamamlayacaq.

Iceye 2014-cü ildə Rafal Modjevski və finlandiyalı Pekka Laurila tərəfindən yaradılıb. Əvvəllər şirkət Arktikada gəmiçilik üçün radar görüntüləri hazırlayırdı. Lakin Ukraynada genişmiqyaslı müharibənin başlanması ilə şirkət fəaliyyətini müdafiə sahəsinə yönəldərək Rusiya ordusunun hərəkətləri barədə məlumatlar təqdim edib.

Hazırda Iceye-nin dəyəri 1 milyard dollardan çox qiymətləndirilir. Şirkətin Polşa tərəfindən alınacaq payı ölkənin müdafiə və kəşfiyyat qabiliyyətlərini gücləndirmək məqsədi daşıyır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu əməliyyat ABŞ-ın siyasətini dəyişəcək – Kəşfiyyat naziri

admin

Onlar da deputat olamaq istəyir.

admin

Mişel: “Rusiya əleyhinə sanksiyaların qəbulu çətinləşir“

redaktor