33 C
Bakı
21 İyul 2025 17:50
DünyaSiyasət

İsrail dürziləri niyə müdafiə edir? – Davud dəhlizi və Türkiyənin buna təpkiləri

Türkiyənin 2016-2019-cu illərdə Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatlar (“Fərat qalxanı” (2016-2017), “Zeytun budağı” (2018), “Sülh bulağı” (2019). Bu əməliyyatlardan “Fərat qalxanı” İŞİD-ə, digər ikisi isə PKK/YPG ümsürlərinə qarşı keçirilmişdir) ABŞ və İsrailin Kürdüstan dövlətçiyi qurma planını alt-üst etdi. Üstəlik, Türkiyənin Hatay bölgəsi də Şimali İraqdan Aralıq dənizinə qədər uzanan “kürd zolağı” projesində keçilməz sədd yaradırdı. Bütün bunları nəzərə alan ABŞ və İsrail projenin A variantından B variantına keçdi. B variantının adı isə “Davud dəhlizi”dir.

“Davud dəhlizi” Şimali İraqdan başlayan bu marşrutun Şimali Suriyaya keçməsini, ordan cənuba enərək, Tanaf adlanan ərazidən yenidən qərbə uzanaraq İsraillə birləşməsini nəzərdə tutur. Bu ərazilər həm də Suriyanın neft və qaz yataqlarının və su ehtiyatının 90%-nin toplandığı coğrafiyalardır. Sözügedən plan baş tutarsa, Suriya əhalisinin 80%-ə yaxını təşkil edən ərəb və türkmənlər faktiki olaraq həyat qaynağı olan sudan və iqtisadi imkanlardan məhrum buraxılacaq. Qazanan isə əhalinin 8-10 faizini təşkil edən kürdlər və cəmi 120 min civarında olan dürzilər, təbii ki, bir də onların arxasında dayanan İsrail olacaq.

“Global Eye”nin iddiasına görə, Suriyada Bəşər Əsədin devrilməsindən faydalanan İsrail ölkənin cənubunda başlatdığı işğal əməliyyatlarında Suriyanın cənubundakı çaylara və su ehtiyatlarına nəzarəti böyük ölçüdə ələ keçirdi. Xüsusilə son 2 ayda Suriyanın cənubundakı ən azı 6 sulaq ərazi və göl İsrail tərəfindən işğal olundu nəzarəti və hazırkı vəziyyət davam edərsə, Suriyanın su ehtiyatlarının 30 faizini və İordaniyanın su ehtiyatlarının isə 40 faizi birbaşa İsrailin nəzarətinə keçəcək. Ölkənin digər sulaq ərazi sayılan sahil bölgəsində isə nüsayrilər məskunlaşıb. “David karidoru” yaradılarsa, nüsayrılərin də ayrılıq (separatizm) bayrağı qaldıracağı şübhə doğurmur. Belə çıxır ki, Suriyanın yerdə qalan 75% əhalisinə quru səhralar buraxılır. Təbii ki, bu qədər ədalətsiz bölgü qarşısında Suriyanın ərəb, türkmən və digər əhalisinin həyat uğrunda savaşmaqdan başqa çarəsi qalmır.

Hazırda İsrail tərəfindən həyata keçirilməyə çalışılan “Davud dəhlizi” planının qarşıya qoyduğu digər məqsədləri belə sıralamaq olar:

1. Geosiyasi baxımdan belə bir ssenari Fəratın şərqindəki və Şimali İraqdakı kürd müttəfiqlərinə regionda separatçı münaqişələri qızışdırmaq üçün dəstək vermək imkanlarını gücləndirəcək.

2. Bununla yanaşı, sionist rejim Suriyanın şimalında və Fəratın şərqində yerləşən neft və qaz ehtiyatlarının 90%-nə çıxış əldə edəcək.

3. Ən əsası, Şimali İraqın mühüm neft ehtiyatlarının Türkiyəyə ehtiyac duymadan boru xətti ilə Aralıq dənizinə nəql koridoru yaradılacaq.

Sözsüz ki, bu projenin reallaşması Türkiyə üçün də həyati təhlükə yaradır və Ankaranın bu mənzərə qarşısında səssiz qalacağını düşünmək mümkün deyil. Amma qardaş ölkə “Davud dəhlizi” projesinin qarşısını almaq üçün maksimum dərəcədə ehtiyatlı olmağa çalışır. Çünki ABŞ-ı da çox qıcıqlandırmaq istəmir. Bu vəziyyətdə ən doğru addım yerli qüvvələri səfərbər etmək və onların iştirakı ilə Yaxın Şərqin Türkiyənin də əleyhinə yenidən nizamlanmasının qarşısını almaqdır.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyev Ərdoğana başsağlığı verdi

redaktor

Rusiyanın “təsir agenti” qalmaqalı: Bağırzadədən Cəlaloğluna CAVAB

redaktor

Qadın Ərdoğana “qocalıb” dedi – Türk liderin cavabı…

redaktor