27 C
Bakı
22 İyul 2025 09:35
CəmiyyətGündəmHadisəQalmaqalSiyasət

Həbsdə olan qadın jurnalistlər də Ülvi Həsənlinin müddətsiz aclıq aksiyasına qoşulurlar

“Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənli yenidən aclıq aksiyasını başlatdığını elan etdikdən sonra, nəşrin qadın jurnalistləri ona qoşulacaqlarını bildiriblər.

Bu barədə “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı ailəsinə məlumat verib.

Jurnalist bildirib ki, iyulun 22-dən etibarən o, Nərgiz Absalamova və Elnarə Qasımova müddətsiz aclıq aksiyasına başlayacaqlar.

Onlar Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər.

İyulun 20-də “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Həsənli bununla bağlı ictimaiyyətə ünvanladığı müraciətində bildirib ki, aclığa yenidən başlamasına səbəb vəd edildiyi kimi Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” üzrə həbs olunanlar barəsində 7-9 ilik həbs qərarları çıxarıb. Bundan sonra bu iş üzrə barəsində hökm çıxmış kişilər saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər.

Yeni həbsxanada Ülvi Həsənlini zorakılığa məruz qoyub həyat yoldaşı və azyaşlı qızı ilə görüş verməyəcəklərini bildiriblər. Cərimə kamerasına salınan Həsənli etiraz olaraq 9 gün aclıq edib.

Aclıq aksiyasına “Abzas Media”nın həbsdəki qadın əməkdaşları- Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və “Meydan TV işi” üzrə həbs edilən dörd jurnalist- Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova da qoşulub. (AbzasMedia)

 

Tacxeber.com

Oxşar xəbərlər

Şirkətlərin “Facebook” səhifəsi necə oğurlanır?

admin

Aradakı uçurum dərinləşir – İran prosesi dalana dirədi

admin

“Afiəddin Məmmədov işi”: Şahid heç nə görmədiyini desə də, hakimlər inanmağa tələsmir

admin