30 C
Bakı
22 İyul 2025 12:35
DünyaSiyasət

Belçika müdafiə naziri: Rusiya NATO-ya qarşı “yaşıl adamlar” ssenarisi ilə hücum edə bilər

Rusiya gələcəkdə bir və ya bir neçə NATO ölkəsinə hücum edə bilər. Lakin bu, Ukraynaya qarşı başlanan genişmiqyaslı müharibəyə bənzəməyəcək. Bu fikirləri Belçikanın müdafiə naziri Teo Franken “Telegraf” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Moskva açıq hərbi müdaxilə əvəzinə daha hiyləgər metodlara əl ata bilər:

“Düşünmürəm ki, Rusiya NATO ərazisinə birbaşa genişmiqyaslı hücumla başlaya bilər. Daha çox Donbasda 2014-cü ildə tətbiq edilən ssenariyə bənzər bir situasiya ola bilər: əvvəlcə guya rusdilli azlığın ‘ayaqlanması’ başlayır və sonra ‘vətən’ onları qorumağa gəlir. Ardınca isə ‘yaşıl adamlar’ – yəni rəsmi ordu olmadığını iddia edən, amma əslində Rusiya tərəfindən yönləndirilən silahlı şəxslər ortaya çıxır”, – deyə o bildirib.

Teo Franken qeyd edib ki, Rusiya bu cür üsulları Gürcüstan və Moldovada da tətbiq edib. O hesab edir ki, Moskva NATO üzvü olan, o cümlədən Finlandiya kimi ölkələrə qarşı açıq müharibəyə başlamaz, çünki bunun Rusiya üçün məğlubiyyətlə nəticələnəcəyini anlayır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Daha bir şəhidin adını daşıyan gəmi suya endirildi – FOTO

redaktor

Azərbaycan İdman Mediası İrəvanda bayrağımızın yandırılması ilə bağlı bəyanat qəbul etdi

redaktor

Çernobıl qəzasının ertəsi günü, Çernobıldan cəmi 94 km məsafədə yerləşən Kiyevdə 82 min tamaşaçı yerli “Dinamo” ilə Moskva “Spartak”ı arasında prinsipial qarşılaşmanı izləyir.

admin