26 C
Bakı
10 Sentyabr 2025 12:36
CəmiyyətDigərHadisə

Azərbaycanda qəribə hadisə – Atasının cinsi qadın kimi qeyd olundu

Tacxeber.com Modern.az-a istinadən xəbər verir ki, qeydiyyat şöbəsində ona bildirilib ki, doğum haqqında akt qeydində atasının adı, soyadı və cinsi səhv yazılıb.

Digər sənədlərdə (doğum haqqında şəhadətnamə, nikah şəhadətnaməsi və sair) vətəndaşın məlumatları doğru olsa da, doğum haqqında akt qeydində atasının soyadı “***ova”, cinsi “qadın” qeyd edilib. Buna görə vətəndaş həyətyanı sahəni və avtomobili öz adına keçirə bilməyib.

Problemlə üzləşən vətəndaş Şirvan inzibati məhkəməsinə üz tutub. Məhkəmə vətəndaşın şikayətini haqlı hesab edib və doğum haqqında qeyddə atasının məlumatlarının düzəldilməsinə qərar verib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda xanımına lüks avtomobil alan bu məşhur imiş

redaktor

Emin Əmrullayev: “Keyfiyyətli təhsil istəyirsinizsə, uşağınızı Azərbaycan məktəbində…”

redaktor

Qadınları qeysəriyyə əməliyyatına kim və nə vadar edir? – Qorxunc statistika

admin