30 C
Bakı
21 İyul 2025 10:56
DünyaHadisə

“Ukrayna dronu ilə toqquşma iddiası gülüncdür, bu, uşaq nağılıdır”

“AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiya rəsmilərindən cavab hələ də yoxdur. 7 ay keçib. Biz bilirik nə baş verib, onlar da bilir”.

Tacxeber.comxəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

O əlavə edib: “Qonşu dövlətdən tələbimiz təbii idi. Təqsiri etiraf etməli, təyyarəni vuranlar cəzalandırılmalı, AZAL-a və həlak olanların ailələrinə təzminat ödənilməlidir.

Bu barədə daha təfərrüatlı danışa bilərəm. Bizim pilotlar cəsarət və peşakarlıq göstərdi. Bütün sərnişinlərin həlak olmasına imkan vermədilər. Aktauya gedən heyətimiz təyyarə gövdəsində qəlpələr aşkarlayıb

Ukrayna dronu ilə toqquşma iddiası gülüncdür. Guya o, AZAL təyyarəsini 2 dəfə hədəfə alıb. Bu, uşaq nağılıdır. Rusiya həmin vaxt öz hava məkanını bağlamayııb. “Kovyor” planı təyyarə vurulandan sonra elan olunub.

7 aydır cavab ala bilmirik. Baş prokurorumuz Rusiya İstintaq Komitəsinə məktub ünvanlayır, aldığı cavab “təhqiqat davam edir”dir. Bu o demək deyil ki, biz bu hadisəni unudacağıq. Beynəlxalq məhkəməyə müraciət edəcəyik. Bilirik ki, buna vaxt lazımdır. “Malayziya təyyarəsi timsalında olduğu kimi”. (Yenisabah.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası qanundan kənar elan oluna bilər

redaktor

İrəvanda Azərbaycan bayrağına qarşı təxribat törədən dizayner danışdı: Pulumu vermədilər

redaktor

Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib

admin