16 C
Bakı
23 Mart 2026 17:54
Dünya

Dünyanın ən sürətli skuteri: “Bugatti Veyron”u üstələyir

Böyük Britaniyanın premium elektrik skuterləri istehsalçısı “Bo” dünyanın ən sürətli elektrik skuteri olduğu iddia edilən “Turbo” adlı yeni modelini təqdim edib.

Tacxeber.com xəbər verir ki, yeni məhsul artıq Qudvud trasında sınaqdan keçirilib və burada peşəkar idmançı Tre Uayt onu 137 km/saat sürətinə çatdırıb. Növbəti addım isə 160 km/saat həddini keçməklə rekord vurmaqdır.

Skuter ümumi gücü 24 kilovat (32,6 at gücü) olan iki elektrik mühərrikinə malikdir. Tərtibatçılar prototipin çəkisini dəqiqləşdirməsələr də, iddia edirlər ki, o, xüsusi gücə görə hər ton üçün təxminən 530 metrik at gücünə malik “Bugatti Veyron” hiperkarını üstələyir.

Həmçinin “Turbo” 1,8 kilovat-saat tutumlu akkumulyatorla təchiz olunub və onun tam doldurulması ilə skuter 240 kilometrdən çox məsafə qət edə bilər.

Testlər başa çatdıqdan sonra “Bo Turbo”nun 29 500 dollara məhdud seriyada buraxılması planlaşdırılır. İlk nüsxə gələn il Madriddə alıcısına göndəriləcək.(Oxu.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Pezeşkian çıxışında Azərbaycan dilindəki sözə farsca qarşılıq tapa bilmədi — VİDEO

redaktor

Parisdə Makronu fitə basdılar – VİDEO

redaktor

Estoniya: Macarıstan Rusiya ilə əlaqələrini kəssəydi, Orbanın dilənçi davranışının əvəzini ödəməyə hazırıq.

admin