DigərDünyaSağlamlıq

Çin yeni virusla mübarizə aparır: Sürətlə yayılır

Çində yeni infeksiya olan çikunqunya qızdırması sürətlə yayılmağa başlayıb.

Tacxeber.comyerli mətbuata istinadən xəbər verir ki, Cənubi Çinin Quanqdonq əyalətində, xüsusən də Foşan şəhərində yoluxma hallarının sayı 1200 nəfərə yaxınlaşıb.

Xəstəliyin yüngül formada keçməsi və ölüm halının qeydə alınmaması sevindirici hal kimi qiymətləndirilir.

Mütəxəssislər bildirir ki, çikunqunya qızdırması əsasən Aedes cinsi ağcaqanadların dişləməsi ilə yayılır. Virus kəskin hərarət, oynaq ağrıları və dəri səpgiləri ilə özünü büruzə verir. Simptomlar danq qızdırmasına bənzəyir və yoluxmuş şəxslərdə fiziki zəiflik yarada bilər.

Hazırda yoluxmalar lokal miqyasda olsa da, sürətli yayılma riski dünya ictimaiyyətini narahat edir. (Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bolqarıstanda hökumət həftələrlə davam edən küçə etirazlarından sonra istefaya gedib.

admin

ABŞ senatoru: “Rusiya Ukraynadan aparılan uşaqları geri qaytarmalıdır”

redaktor

Çeçenlər qəzəblidir: Kadırov müsəlmanlara xəyanət edir

redaktor