28 C
Bakı
19 İyul 2025 13:40
DünyaHadisəŞikayətSiyasət

Siyasi mühacir Azərbaycanın sorğusu əsasında Avropada saxlanılıb.

Olimpiya Stadionu layihəsində “MST Tikinti-Quraşdırma” MMC-nin rəhbəri kimi fəaliyyət göstərən Azər Əkbər oğlu Kazımov Azərbaycanda vergidən yayınma və qanunsuz sahibkarlıq cinayətlərində ittiham olunaraq axtarışa verilib.

O, 2021-ci ildən İsveç vətəndaşı olmasına baxmayaraq, bu il iyulun 15-də Xorvatiya sərhəddində İnterpol tərəfindən saxlanılıb və hələ də sərbəst buraxılmayıb.

Ailəsinin həbsindən sonra Meydan TV- yə verdiyi açıqlamaya görə, 57 yaşlı Azər Kazımov CM-in 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir. Yerli mediada hələ 10 il bundan əvvəl yayılmış xəbərlərdə Azər Kazımovun yarım milyon manat vergi borcuna görə ölkədən qaçdığı deyilirdi.

Azər Kazımovun ailəsi Meydan TV-yə bildirib ki, o, bir neçə dövlət layihəsində, o cümlədən Olimpiya Stadionunun təməl işlərində podratçı kimi iştirak edib. Görülən işlərə görə ödəniş Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi vasitəsilə həyata keçirilsə də, 2013-cü ilin sonlarında işlər təhvil verilməsinə baxmayaraq, şirkət son aylara aid ödənişləri ala bilməyib və 2 milyon manat ziyana düşüb.

Ailə bildirir ki, Azər Kazımov pulu almaq üçün rəsmi qurumlara müraciət etdikdə, 2014-cü ilin əvvəlində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin o zamankı rəisi Mirqafar Seyidov onu təhdid edərək, “istəsək, səni elə maddələrlə yükləyərik ki, bir də çıxmazsan” deyib. Bu təhdidlərdən sonra Kazımov ölkədən çıxıb. Daha sonra onun barəsində cinayət işi açılıb və beynəlxalq axtarışa verilib. Ailəsinin sözlərinə görə, hazırda bu səbəbdən saxlanılıb. (MeydanTV)

Tacxeber.com

Oxşar xəbərlər

Bayden Ərdoğana zəng edib: Nələr müzakirə edildi?

redaktor

Ərdoğan ABŞ-a cavab verdi: “Kimsədən icazə almayacağıq, bu iş bitib”

admin

BBC-nin məşhur siması uşaq pornosuna görə cəzalandırıldı

admin