24.5 C
Bakı
09 İyun 2026 16:30
DünyaHadisəİdmanKriminalMaraqlı

Mişel Platininin medal və kubokları oğurlandı.

UEFA-nın keçmiş prezidenti, sabiq futbolçu Mişel Platininin evi qarət olunub.

Bu haqda “Footmercato” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hadisə 18 iyul səhəri onun Buş-dü-Ron bölgəsində yerləşən iqamətgahında baş verib. Platini evinin yaxınlığında bir cinayətkarı görüb. Daha sonra 70 yaşlı fransız bildirib ki, naməlum şəxs onun təxminən 20 medal və kubokunu oğurlayıb.

Marsel prokurorluğu ağırlaşdırıcı hallarla müşayiət olunan oğurluq faktı ilə bağlı istintaqa başlayıb. Hal-hazırda dəymiş ziyanın məbləği müəyyən olunmayıb. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldonun oğlu çempion oldu – VİDEO

redaktor

ÇL-in oyunları bu kanallarda

admin

Tək atestatla xaricdə ali məktəbə qəbul – Cəmil Həsənli

admin