33 C
Bakı
20 İyul 2025 13:23
DünyaGündəmSiyasət

Hindistana təşəkkür zamanı

Donald Tramp yenə BRİKS dövlətlərini təhdid edib. Tramp deyib ki, əsasən altı ölkədən ibarət olan bu BRİKS ölkələri qrupu haqqında eşidəndə onlara çox ağır zərbə vurdum. Əgər onlar ciddi şəkildə formalaşsalar, bu, çox tez bitəcək.

Tramp hər dəfə BRİKS-i hədələyəndə Hindistanın Türkiyənin bu amorf birliyə qoşulmasına maeneə olmasının indi nə qədər faydalı olduğu aydın görünür. Türkiyə BRİKS-in Kazan sammiti ərəfəsində üzv olmaq üçün müraciət etmişdi. Çin və Rusiya Türkiyəni BRİKS-ə cəlb etməkdə maraqlı idilər. Lakin Hindistan özü də fərq etmədən Türkiyəyə böyük bir xeyirxahlıq edərək Ankarının müraciətinin qəbul edilməsinə imkan vermədi.

Türkiyənin BRİKS-ə üzvlüyünün yolunu kəsən Hindistan Azərbaycanın da belə bir niyyətə düşməsinin qarşısını aldı.
Əgər Hindistan o zaman Türkiyəyə maneə olmasaydı, Trampın BRİKS əleyhinə hər bəyanatından sonra türk lirəsi daha çox dəyər itirəcəkdi. Məlum olduğu kimi, türk lirəsi dollar qarşısında 2 lirə ucuzlaşanda Türkiyənin xarici borcu avtomatik olaraq bir trilyon dollar artır.

Belə görünür ki, istəmədən etdiyi yaxşılığa görə Hindistana təşəkkür etmək lazımdır.

 

Xaqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

11 gün yuxusuz qaldı – “Ginnes”in rekordunu qırdı

redaktor

İran Tehran üzərində hava məkanını bağladı

redaktor

Nə seçicisi onun umrundadır… nə də o, seçicinin umrundadır… – BAŞDAN-BAŞA ŞOU…

redaktor