30 C
Bakı
21 İyul 2025 10:23
CəmiyyətDünyaGündəmHadisəKriminal

Gəncə şəhərinin dərdini tapıb müalicə eləmək lazımdır.

Gəncədə ata 22 yaşlı qızını döyərək öldürüb. Ata qızını döyərək öldürüb, bəli. Amma hadisə Gəncədə baş verib deyə təəccüblənmirəm.

Elə bir gün yoxdur ki, Gəncədən ölüm, cinayət, bıçaqlanma, intihar xəbəri gəlməsin. Məhz Gəncədən ha. Başqa heç bir şəhər yox, məhz Gəncədən hər gün azı bir dənə belə xəbər çıxır.

Siz də bir ayda üç intihar olmuşdu deyə dirəşmişdiniz ki, hamısı “Elgün məsələsi” ilə bağlıdır. Elgün məsələsi də yox idi, uşaq intihar eləmişdi. Ortada bir dənə də əks fakt olmadan dirəşmişdiniz ki, polis döyüb, nə bilim nə. Hər nəysə.

Özünüzü çox əla aldatmağınız var da sizin.

Sözüm o deyil, Gəncədə hamı lotu, kriminal, oğru olmaq eşqinə düşüb. Qalanları da çox radikal dindar olur, onun da axırı elə bu şeylərə gəlib çıxır.

Yəni məhz Gəncə şəhərinin dərdini tapıb müalicə eləmək lazımdır. Yalandan özünüzdən nəsə uydurmağa gərək yoxdur. Etiraf eləmək lazımdır ki, Gəncə çox pis gündədir.

 

Akif Məmmədov

Tacxeber.com

Oxşar xəbərlər

Pelosi onu qarşılamaq istəyən erməniləri pərt etdi

redaktor

Atasının qatilini cəzalandırmaq üçün polis oldu: Qatil 25 il sonra tapıldı

redaktor

Vahid Əhmədov: Gəncləri xaricə oxumağa göndəririk, geri qayıtmırlar

redaktor