CəmiyyətDigərŞou

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.

Tacxeber.com xəbər verir ki, Sea Breeze Şöhrət Xiyabanında ictimai xadim, deputat A.Məmmədxanlının adını daşıyan ulduzun təntənəli açılış mərasimi keçirilib.

Ulduz onun 55 illik yubileyi ilə əlaqədar verilib.

Açılış mərasimində Məmmədxanovun ailəsi, qohumları, dostları və həmkarları onun parlaq xatirəsini, Azərbaycan mədəniyyətinin, televiziyasının və ictimai həyatın inkişafındakı xidmətlərini ehtiramla yad ediblər.

Qonaqlar arasında əməkdar artist Vaqif Gərayzadə, Azərbaycanın xalq artisti Ənvər Sadıxov, Azərbaycanın xalq yazıçısı Elmira Axundova və əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının üzvləri də olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qırmızı günün qara mahnısı – Xınayaxdıda oxunan məşhur türkünün hekayəsi

redaktor

Qənirə Ataşova və övladları ölümlə təhdid edildi

redaktor

Hafiz Hacıyev bəzi məmurlar haqda: “Kimin gözü kimin arvadına düşürsə, aparıb məcbur…”

admin