D. Tramp üçün insan ölümü, dağıntılar, şəhər və kəndlərin bombalanması heç bir əhəmiyyət kəsb etmirmiş.
Hələ keçən həftə, Rusiyanın Ukrayna şəhərlərinə güclü hücumundan sonra ABŞ prezidenti Trampla – Almaniya kansleri Merç arasında telefon danışığında tərəflər razılaşmışdılar ki, ABŞ ” PATRYOT” HHM sistemlərini, pulunu Almaniyanın ödəməsi şərti ilə Ukraynaya verir.
İndi isə, məlum olur ki, Tramp bir dənə olsun belə belə “patryot” sistemini öz ehtiyatlarından vermək niyyətində deyil.
O, deyir ki, bunu avropa özü tapıb, təmin etməlidir. Məsələ ondadır ki, avropanın özündə bu silahlardan kifayət qədər deyil ki, Ukraynaya da verə bilsinlər.
Almaniyanın ABŞ-dan sifariş elədiyi ilk “patryot” sistemi isə, ən tezi altı-doqquz ay sonra hazır olacaq.( istehsalına başlanılıb)
Bu ara isə Rusiya Ukrayna şəhər, qəsəbə və kəndlərini aramsız, güclü bombalamağda davam edir.
Ə kişi, hərbi cinayətkara 50 gün möhlət tanımağın bir yana, pulunu ki, nəğd ödəyirlər də silahı ver, yenisi düzələndə yerinə qoyarsan da, sənin ki, başına indi bomba yağmır…
Kimliyindən asılı olmayaraq, bir insanda ki, duyğu, mərhəmət hissi olmadı, apar tulla!