33 C
Bakı
21 İyul 2025 17:00
DünyaHadisəKriminalQalmaqalŞou

Casablancas ölüb, Epstein ölüb. Tramp isə hələ də meydandadır.

“Dünyaya sülh gətirəcəm” deyən Donald Trampın 1991-ci ildə iştirak etdiyi modellik yarışmasından üzə çıxan görüntülər onun kim olduğunu bir daha ortaya qoyur. Söhbət “Elite Model Management” agentliyinin təşkil etdiyi “Look of the Year” yarışmasından gedir. Burada iddia edilir ki, 14 yaşlı yeniyetmələr yarıçılpaq şəkildə sərgilənir, münsiflər isə milyarder kişilərdən ibarətdir. Bəli, həmin yarışmada münsiflər arasında Donald Tramp da var. Məncə, həmin yarışmanın əsas məqsədi modelləri “kəşf etmək” yox, azyaşlı qızları ovlamaq olub.

Bu yarışma ilə bağlı 2020-ci ildə “The Guardian” qəzetinin araşdırması bütün pərdəni cırıb atmışdı. Keçmiş iştirakçılar açıq şəkildə dedilər ki, bu yarışma Con Casablancas və onun ətrafındakı nüfuzlu kişilər tərəfindən azyaşlı modellərlə cinsi əlaqəyə girmək üçün istifadə olunurdu. Yəni, “modellik müsabiqəsi” adı altında mütəşəkkil pedofiliya sistemi qurulmuşdu. Və həmin sistemin “üzü” Donald Tramp kimi şəxslər idi.

Trampın model agentlikləri qurması, Jeffrey Epstein ilə münasibətləri, qadınlar və azyaşlılar barədə etdiyi təhqiramiz və iyrənc açıqlamaları təsadüf deyil. Bu, müntəzəm və davamlı bir cinsi istismar dünyasının tərkib hissəsidir. Hətta qızı Ivanka haqqında dediyi məşhur iyrənc cümlə “Əgər o mənim qızım olmasaydı, onunla çıxardım” Trampın psixoloji tablosunu tam ifadə edir.

Bəs sual budur: belə bir adam necə ABŞ prezidenti ola bilərdi? Bəli, Tramp prezident seçildi. Özüdə dünyanın ən demokratik fikirli insanları hesab olunan Amerika xalqı tərəfindən? Yoxsa sistem xəstədir? Açığı, mən İsveçrəyə siyasi sığınacaq üçün müraciət edəndə elə bilirdim ki, dünyanın ən demokratik 3 ölkəsindən birinə gəlmişəm və burada insan haqları yüksək səviyyədə qorunur. Amma çox keçmədi ki, beynimdəki düşüncələrin nağıl olduğu anladım. Reallıq ondan ibarətdir ki, bu gün dünyada pul və güc hər şeyin üstündən xətt çəkir, vicdanın, insanlığın, qanunun…

Casablancas ölüb, Epstein ölüb. Tramp isə hələ də meydandadır. Hələ də “sülh” və “ədalət” sözləri ilə oynayır. Hələ də milyonlarla insanı manipulyasiya edir. Hələ də məhkəmələrdən sıyrılır. Hələ də münsif kürsüsünə oturacaq qədər toxunulmazdır.

Bu, təkcə bir adamın cinayəti deyil. Bu, sistemli, planlı və qorunan bir pedofiliya rejiminin əxlaqsızlıq vitrini, iyrənc simvoludur. Əgər bu gün Donald Tramp cəzasız qalırsa, sabah başqa bir Casablancas, başqa bir Epstein, başqa bir Tramp meydana çıxacaq. Çünki onların qarşısını alan deyil, qoruyan sistem var. Bu, təkcə Amerikada yox, bir çox “demokratik” ölkələrdə hökm sürür.

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Tehran sakinləri şəhəri TƏRK EDİR

redaktor

İDDİA: Ukrayna ordusu Kurskda 300 Rusiya hərbçisini əsir götürüb

redaktor

Los-Ancelesdə fövqəladə vəziyyət elan edilib

redaktor