DünyaSiyasət

Aİ-nin sanksiya tətbiq etdiyi Azərbaycan şirkəti kimə məxsusdur? – DETALLAR

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində 18 xarici şirkətə, o cümlədən Azərbaycanın “Aqua Fleet Management” şirkətinə qarşı da sanksiya tətbiq edib.

Tacxeber.com“Teleqraf”a istinadən xəbər verir ki, “Aqua Fleet Management” şirkəti 100 manat nizamnamə kapitalı ilə 2024-cü ilin avqusunda qeydə alınıb.

Sahibi İremadze Kaxaber olan şirkətin rəsmi ünvanı belədir: Sumqayıt şəhəri, Sülh küçəsi, 5-ci bina, 25-ci mənzil.

Şirkətin neftdaşıma fəaliyyəti ilə məşğul olduğu bildirilir. “Aqua Fleet Management”in adları “Saurri” və “Ederra” iki tankeri, “Temirro” adlı ümumi yük gəmisi fəaliyyət göstərir. Gəmilərin beynəlxalq sularda Kamerun bayrağı altında üzdüyü bildirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor