20 C
Bakı
19 Oktyabr 2026 22:18
CəmiyyətDünya

Rusiyada “WhatsApp”dan istifadə qadağan edilə bilər

“WhatsApp” mesenceri yaxın vaxtlarda Rusiya bazarını tərk edə bilər.

Tacxeber.com xəbər verir ki, bunu Rusiya parlamentinin informasiya texnologiyaları komitəsi sədrinin müavini Anton Qorelkin deyib.

“Çox güman ki, “WhatsApp” məhdudiyyətlərə məruz qalan qeyri-dost ölkələrin proqram təminatı siyahısına düşəcək. Düşünürəm ki, “WhatsApp”ın payına kimin iddialı olacağı hamıya aydındır – bu, milli mesencer olacaq”, – deyə A.Qorelkin vurğulayıb.

Məlumat üçün əlavə edək ki, “Meta” şirkəti Rusiyada ekstremist təşkilat kimi tanınıb, şirkətin “Facebook” və “Instagram” sosial media platformaları 2022-ci ildən bəri Rusiyada qadağan olunub.(Oxu.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tehranın İslamabada sərhəd mesajı

redaktor

Sanksiya, yoxsa siyasi tamaşa?

redaktor

Nardarandan Berlinə: İran bayrağı nəyi ifadə edir?

redaktor