Tacxeber.com xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) apardığı araşdırma zamanı məlum olub ki, Gürcüstan vətəndaşı radioaktiv maddəni (uranı) qeyri-qanuni şəkildə əldə edərək saxlayıb. Həmin maddə nüvə materialları kateqoriyasına aiddir və insan sağlamlığı üçün təhlükə mənbəyidir.

Həmin şəxs bu materialı 3 milyon dollara Türkiyə vətəndaşına satmaq istəyib. DTX əməkdaşları hər iki şəxsi Batumidə tutub.

Saxlanılanlara “Nüvə materiallarının və ya qurğularının, radioaktiv tullantıların, radioaktiv maddələrin qeyri-qanuni dövriyyəsi” maddəsi ilə ittiham irəli sürülüb. Onlar 10 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Cinayət işi ilə bağlı araşdırma davam edir.

 

Tacxeber.com