22.2 C
Bakı
10 İyun 2026 05:15
DünyaSiyasət

ABŞ və Yaponiya Rusiyanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirir: Moskva narahatdır

ABŞ və Yaponiya 9 iyul – 4 avqust tarixlərində Resolute Force Pacific adlı birgə hərbi təlimlərə start verib. Təlimlərin Rusiya Federasiyasının Uzaq Şərq sərhədlərinə yaxın ərazilərdə keçirilməsi Moskvanın kəskin etirazına səbəb olub.

Rusiya Xarici İşlər Nazirliyi bu səbəbdən Yaponiyanın Moskvadakı səfirliyinə etiraz notası göndərib. Rəsmi Moskva təlimlərin “Rusiya sərhədlərinin birbaşa yaxınlığında” keçirildiyini və bunun təhlükəsizlik üçün ciddi risk yaratdığını bildirib.

Təlimlərin məqsədi ABŞ və Yaponiya qüvvələri arasında operativ əməkdaşlığın gücləndirilməsi, eləcə də döyüş şəraitinə yaxın vəziyyətlərdə birgə reaksiya imkanlarının artırılması kimi təqdim edilib.

Rusiya tərəfi bu fəaliyyətləri öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirərək “adekvat cavab tədbirləri” görəcəyini bəyan edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Aİ-nin sanksiya tətbiq etdiyi Azərbaycan şirkəti kimə məxsusdur? – DETALLAR

redaktor

İranda azərbaycanlı zabitlər həbs olundu

redaktor

Ərdoğan İrana xəbərdarlıq etdi

redaktor