22.8 C
Bakı
10 İyun 2026 00:32
DünyaGündəmSiyasət

Zelenski: Ukrayna və ABŞ “silah ticarəti üzrə megasaziş” üzərində işləyir

Zelenski: Ukrayna və ABŞ “silah ticarəti üzrə megasaziş” üzərində işləyir

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev və Vaşinqton arasında “megasaziş” üzrə danışıqlar aparılır. Sazişə əsasən, ABŞ döyüş şəraitində sınaqdan keçirilmiş Ukrayna istehsalı pilotsuz uçuş aparatlarını (PUA) alacaq. Əvəzində isə Kiyev müəyyən həcmdə Amerika silahları alacaq.

Zelenski bu barədə New York Post nəşrinə danışıb. Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampla son danışıqları bu irimiqyaslı saziş ətrafında aparılıb və məqsəd hər iki ölkənin hava texnologiyalarına qarşılıqlı dəstək göstərməkdir.

Ukrayna lideri qeyd edib ki, ölkəsi üç ildir davam edən müharibə dövründə müasir münaqişələrlə bağlı topladığı təcrübəni ABŞ-la bölüşməyə hazırdır.

Məqalədə vurğulanır ki, bu saziş ABŞ ordusu və milli təhlükəsizliyi üçün dönüş nöqtəsi ola bilər. Belə ki, ekspertlərin və rəsmilərin fikrincə, ABŞ-ın dron texnologiyaları Çin və Rusiyadan geri qalır və amerikalı hərbçilər bu sahədə zəif hazırlıqlıdırlar — həm PUA-ların idarə olunmasında, həm də düşmən dronlarından müdafiədə.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynadan Rusiyaya daha 710 tabut yola salındı

redaktor

Trampın şam yeməyində atəş açan şəxs hədəfinin kim olduğunu açıqladı

redaktor

Madurodan ABŞ-a maraqlı təklif:

admin