DünyaSiyasət

Zelenski: Trampın Putini “diz çökdürəcək” gücü var

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı başladığı müharibəni dayandırmaq üçün Kremlə ciddi təzyiq göstərə bilər.

Bu barədə o, The New York Post-a müsahibəsində danışıb.

Zelenskinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin kompromislərə hazır deyil və müharibəni dayandırmaq istəmir. Bununla belə, Tramp sərt sanksiyalar vasitəsilə Rusiyada “ictimai partlayış” yarada və Putini geri çəkilməyə məcbur edə bilər.

“Trampın Putini diz çökdürə biləcək gücü var. O, bu gücü hiss etməlidir”, – deyə Zelenski vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranın qaçılmaz sınağı: Geopolitik planlar və daxili çöküş

redaktor

Sədr müavini: “Rusiya sülhməramlılarının komandanı özünü ermənilərin himayədarı kimi aparır”

redaktor

Riyakarlığın şah əsəri

redaktor