DünyaSiyasət

“Türkiyə kimi bir ölkə ilə müharibə edək? Nə danışdıqlarını bilirlər?” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə normallaşma prosesini tənqid edənlərə sərt cavab verib.

Tacxeber.com“Star” qəzetinə istinadla xəbər verir ki, Paşinyan bu barədə Ermənistanda keçirdiyi mətbuat konfransında danışıb.

“Əgər Ermənistan Türkiyə ilə uzlaşmasa, başqa hansı alternativlər var? Türkiyə kimi bir ölkə ilə müharibəyə girməli olduğumuzu deyirlər. Həqiqətən nə haqqında danışdıqlarını bilirlər?”, – deyə o söyləyib.

Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirəni də xatırladıb:

“Prezident Ərdoğana dəvəti ilə səmimi və açıq söhbəti üçün təşəkkür etdim. Görüşdə bütün mövzulardan danışdıq. Nəqliyyat xətlərinin açılması, əlaqələrin qurulması, müxtəlif sahələrdə potensial əməkdaşlıq, Anidəki tarixi körpünün bərpası və digər məsələlər. Ümumi təəssüratım müsbət oldu, bu görüşlə bağlı hər hansı mənfi detalları qeyd edə bilmərəm”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azerbaycan hakimiyyətindən rüşvət almaqda ittiham olunan alman deputat həbs ddildi

admin

“Putin ilin ən uğursuz adamıdır” – “Politico Playbook”

redaktor

Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq – Baş nazir

redaktor