27 C
Bakı
17 İyul 2025 22:26
DünyaSiyasət

Starmer Ukrayna üçün ABŞ-dan silah alınması ilə bağlı danışıqlara işarə edib – Bloomberg

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin ABŞ-dan Ukrayna üçün silah alınması təşəbbüsünə qoşula biləcəyinə işarə edib. Bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, danışıqlar hələ ilkin mərhələdədir və yekun qərar verilməyib. Qərb müttəfiqləri Rusiyanın işğalçı müharibəsi fonunda Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün səylərini artırır.

“Biz Ukraynada hər hansı imkanların effektivliyini təmin etmək üçün müttəfiqlərlə birgə bu imkanların təqdim olunması və arxasında duran dəstəklə bağlı işləyirik”, – deyə Starmer Almaniya kansleri Fridrix Merslə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Qeyd edək ki, Almaniya artıq ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemləri almağa və onları Ukraynaya təhvil verməyə hazır olduğunu açıqlayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bill Qeyts: “Dünyada mən gözlədiyimdən daha pis vəziyyət hökm sürür”

redaktor

Türkiyəli məşhur aktyor da seçkilərdə qalib gəldi – FOTO

redaktor

Bu xəstə uşaqların dərmanlarını dövlət qarşılayır

redaktor