26 C
Bakı
06 Sentyabr 2025 20:22
DünyaSiyasət

Mezuza nədir?

Mezuza, yəhudi ənənəsində evin qapı çərçivələrinə yapışdırılan kiçik bir qutudur. Qutunun içində isə Tövratdan seçilmiş ayələr yazılmış parça yerləşdirilir. Bu, yəhudilərin evlərini qorumaq və Tanrıya olan imanlarını simvolizə etmək üçün etdikləri bir əməldir.
Mezuza qutusunun içində yer alan ayələr, Şma Yisrael duasının bir hissəsidir. Bu dua, yəhudilərin Tanrıya olan sevgisini və Ona olan bağlılığını ifadə edir. Mezuza, həmçinin, yəhudi evlərinin müqəddəsliyini və Tanrının qorumasını simvolizə edir.
Yəhudi inanclarına görə, evə girərkən və ya evdən çıxarkən mezuzaya toxunmaq və öpmək də bir ənənədir. Bu, Allahın əmrlərini xatırlamaq və Allahın bərəkətini istəmək məqsədi daşıyır.

Məhz belə bir hədiyyəni Benyamin Netanyahu ABŞ-a səfəri zamanı Donald Trampa təqdim edib.

Amid Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya çarəsiz qaldı: “Vaqner”i Kurska göndərir – Təcili

admin

ABŞ ilk dəfə uranlı mərmiləri Kiyevə göndərir.

admin

Hindistanla Pakistan arasında döyüşlər başladı – VİDEO

redaktor