DünyaSiyasət

“Azərbaycan bayrağı qadağan edilsin” – Rus deputatdan ŞOK çağırış

“Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov Rusiyada xarici bayraqların istifadəsinin məhdudlaşdırılmasını təklif edib.

Tacxeber.com xəbər verir ki, Mironovun fikrincə, digər dövlətlərin rəsmi simvollarının nümayişi tez-tez diasporlar tərəfindən yerli əhaliyə qarşı özlərini fərqləndirmək və millətlərarası ədavəti qızışdırmaq məqsədilə istifadə olunur:

“İstənilən şəxs, istənilən yerdə istənilən dövlətin, istər Ukraynanın, istər ABŞ-nin, istərsə də Azərbaycanın bayrağını və ya gerbini asa bilər. Bu, qanunla qadağan olunmayıb. Ancaq bu fürsətdən Rusiyada yaşayıb, ölkə ilə ortaq birliyi hiss etməyən, əvəzində başqa bir ölkə ilə, onun dəyərləri və məqsədləri ilə həmrəyliyini vurğulayan insanlar istifadə edir”.

Qeyd edək ki, Mironov bundan əvvəl Moskvadakı bazarlarda diaspor nümayəndələrinin yoxlanılmasını da təklif etmişdi. O, baş prokuror İqor Krasnova müraciət edərək diasporlar və onlarla əlaqəli strukturların, o cümlədən Moskvanın ən iri bazarları olan “Sadovod” və “Food City”nin yoxlanmasını xahiş etmişdi.(Bakupost.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Fransa niyə qarışdı ? – Yadigar Sadıqlı

admin

Bir nəfərin yaşadığı dövlət:Dövlət çevrilişi, yanğın, mətbəxdə həbs…

admin

Zelenskidən kəşfiyyata AZAL təyyarəsi ilə bağlı göstəriş

redaktor