30 C
Bakı
17 İyul 2025 11:02
CəmiyyətSağlamlıq

Avtomobildə bu düymə sizi yavaş-yavaş zəhərləyir – Tanınmış həkimdən şok xəbərdarlıq!

Tanınmış amerikalı həkim Kley Mossun sosial şəbəkədə paylaşdığı video avtomobil istifadəçiləri arasında ciddi rezonans doğurub.

Tacxeber.com xəbər verir ki, doktor Moss 7 milyona yaxın baxış toplayan videoda sürücülərin tez-tez istifadə etdiyi bir kondisioner düyməsinin təhlükəli nəticələr doğura biləcəyini bildirib.

“Siz bilirsinizmi ki, avtomobilinizdəki bu balaca düymə əslində düşündüyünüz qədər günahsız deyil?” – deyə Moss idarə panelindəki resirkulyasiya (salon sirkulyasiya) düyməsinə işarə edərək izah edib. Onun sözlərinə görə, bu funksiya avtomobili isti havada sürətlə soyutmaq baxımından faydalı görünə bilər, lakin uzun müddətli istifadəsi sağlamlıq üçün təhlükə yaradır.

Mütəxəssisin açıqlamasına əsasən, bu rejim avtomobil salonuna xarici havanın daxil olmasının qarşısını alır və nəticədə avtomobilin içindəki hava “səssizcə zəhərlənməyə” başlayır. Moss bildirir ki, cəmi 30 dəqiqəlik resirkulyasiya zamanı karbon qazının miqdarı 1200 ppm-ə qədər yüksələ bilər:

“Bu zaman beyniniz yavaş işləməyə başlayır. Əgər maşında sərnişin sayı çoxdursa, bu göstərici 2500-3000 PPM-ə çata bilər. Nəticədə yuxululuq, diqqət dağınıqlığı və əsəbilik yaranır.”

Kley Moss əlavə edib ki, bu təhlükəli vəziyyət 2018-ci ildə ABŞ-da aparılmış sürücülük şəraitinə dair araşdırmalarla da təsdiqlənib.

Avtomobildə kondisionerdən istifadə zamanı resirkulyasiya funksiyasını yalnız qısa müddətli istifadə etmək və salonun havasını tez-tez dəyişmək lazımdır.(Yenisabah.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Fitrə zəkatın plastik karta köçürülməsi məqsədəuyğundur” – Fuad Nurullayev

redaktor

İş otağında əxlaqsızlıq edən məmur işdən çıxarıldı

admin

Hava şəraiti dəyişəcək, temperatur 8 dərəcə enəcək XƏBƏRDARLIQ

redaktor