32 C
Bakı
16 İyul 2025 11:08
DünyaSiyasət

Rusiya Afrikada nə qədər hərbçi saxlayır – rəqəmlər açıqlanıb

Rusiya hazırda Afrikada təxminən 5 min hərbçidən ibarət kontingent saxlayır. Bu barədə hərbi məsələlər üzrə ixtisaslaşmış Defence Express portalı məlumat yayıb.

Mənbənin yazdığına görə, Rusiya Federasiyasının Afrikadakı hərbi mövcudluğunun strukturu “Clash Report” tərəfindən hazırlanmış infoqrafikada ətraflı şəkildə əks olunub. Məlumata əsasən, bu hərbçilərin arasında “Vaqner” özəl hərbi şirkətinin qalıqları da var. Onlar, Yevgeni Priqojinin ölümündən sonra, Rusiya Müdafiə Nazirliyinin tabeliyindəki xüsusi yaradılmış “Afrika Korpusu”na birləşdirilib.

Ən çox rus hərbçisi Liviyada və Malidə yerləşdirilib. Bundan başqa, Toqo, Burkina-Faso, Niger, Nigeriya, Seneqal Respublikası və Benində də rus hərbçilərinin fəaliyyəti müşahidə olunub. Clash Report analitikləri yaxın vaxtlarda Ekvatorial Qvineyada da rus hərbçilərinin peyda ola biləcəyini istisna etmir.

Qeyd olunur ki, Rusiya Sudanda hərbi baza tikintisi üzərində də işləyir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan 26 il əvvəl niyə həbs edilmişdi?

redaktor

Ermənistan Avropa Birliyinə qoşulmaq prosesini rəsmən başladı.

admin

2019 və 2022-nin DEKABRI – Koronavirus QAYIDIR?

admin