2 C
Bakı
11 Fevral 2026 06:21
DünyaSiyasət

Netanyahunun çağırışına məhəl qoymadılar! Yüzlərlə insan sərhədi keçdi – FOTO

İsrail Suriyanın Sveyda şəhərindəki druzları qorumaq bəhanəsi ilə Dəməşqə hava hücumlarına başladı.

Tacxeber.com xəbər verir ki, İsrail -Suriya sərhədində çoxsaylı hədəflər vurulub və zərbələr endirilib. İsrailin baş naziri Benyamin Netanyahunun ” Suriyaya girməyin ” çağırışına baxmayaraq, druzlar yola düşdü.

Yüzlərlə druz sərhədi keçərək Suriyaya doğru irəliləməyə başlayıb. Çoxlu sayda druzların Suriyaya girdiyi anlar kameralara düşərkən, İsrail hələ də hər hansı bir tədbir görməyib.

Bu arada Netanyahu druzlara müraciət edərək: “Sizdən bir xahişim var. Siz İsrail vətəndaşısınız. Sərhədi keçməyin. Öldürülə və ya əsir düşə bilərsiniz” deyib. Dürzilərin sərhədi keçərək həyatlarını təhlükəyə atdığını iddia edən Netanyahu: “Evlərinizə qayıdın və İsrail ordusunun hərəkətə keçməsinə icazə verin” deyərək hücuma işarə etdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Əbabil quşları” geri dönür? – Hindistan qartalları düşmənə qarşı həmləyə öyrədir

redaktor

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi

redaktor

Rusiya heç kəsi nüvə silahı ilə hədələmir – Ryabkov

redaktor