12 C
Bakı
25 Mart 2026 12:32
CəmiyyətDigərSağlamlıq

“Crocs” ayaqqabıların ziyandan başqa heç bir faydası yoxdur

Dermatoloqun açıqlaması…

Dermatoloq Mariyat Muxina bildirib ki, müntəzəm olaraq “Crocs” (kroks) geyinmək ciddi dayaq-hərəkət sistemi xəstəliklərinə səbəb ola bilər.

Tacxeber.com xəbər verir ki, bu haqda həkim “LIFE.ru”ya danışıb. Onun sözlərinə görə, bu ayaqqabılarda yastıqlama və qövs dəstəyinin olmaması yerişə və duruşa mənfi təsir edir.

“ “Crocs” geyinməyin əsas təhlükəsi, belə ayaqqabıların ayaqlarınız üçün kifayət qədər havalandırma və qoruma təmin etməməsidir. Kauçuk dərinizdə istixana effekti yarada, bakteriya və göbələklərin böyüməsini təşviq edən isti, rütubətli bir mühit yarada bilər ki, bu da dəri infeksiyası riskini artırır”, – Muxina xəbərdarlığında qeyd edib.

Hər gün “Crocs” geyinmək bel, oynaq və əzələ ağrılarına səbəb ola bilər. Üstəlik, rezin ayaqqabılar düz ayaqların, kallusların (mazol) və ziyillərin inkişafına səbəb ola bilər, – deyə həkim bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“İnsanlarımız çatışmayan kalorilərini ucuz çörək hesabına kompensasiya edirlər”

redaktor

“Bu Şəhərdə” konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu – VİDEO

redaktor

Tanınmış qadın siyasətçi Fiona Hill terrorizm ideologiyası Rusiyada yaranıb deyir.

admin