13 C
Bakı
24 Mart 2026 18:58
CəmiyyətDünya

Trampın süni intellektlə bağlı planları üzə çıxdı – 70 milyard dollar ayıracaq

ABŞ prezidenti Donald Tramp tezliklə süni intellektin inkişafı üçün 70 milyard dollar ayrılacağını açıqlayacaq.

Tacxeber.com xəbər verir ki, bu barədə məlumatlı məmura istinadən “Bloomberg” bildirib.

Məqalədə deyilir ki, Tramp Pensilvaniyada süni intellektə və enerjiyə 70 milyard dollar sərmayə qoyacağını elan edəcək. Bu, Ağ Evin yeni texnologiyaların inkişafını sürətləndirmək üçün növbəti addımı olacaq.

Agentliyin mənbəsinin sözlərinə görə, Amerika lideri sərmayənin təfərrüatlarını Pitsburqdan kənarda keçiriləcək tədbirdə açıqlayacaq.

O əlavə edib ki, bir sıra şirkətlərin investisiyalarına yeni məlumat mərkəzlərinin yaradılması, elektrik enerjisi istehsal imkanlarının genişləndirilməsi və şəbəkə infrastrukturunun modernləşdirilməsi, həmçinin süni intellekt sahəsində təlim və təcrübə proqramları daxildir.

Tədbirdə süni intellekt sahəsində çalışan 60-a yaxın şirkət rəhbəri iştirak edəcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yaddaş pozğunluğu olan xəstələrə sosial xidmətlər GÖSTƏRİLƏCƏK

redaktor

İranla Rusiya arasında GƏRGİNLİK – Diplomat XİN-ə ÇAĞIRILDI

redaktor

“Bunkerlər tikməyin vaxtıdır” – “The Simpsons”dan 2024-cü il üçün DƏHŞƏTLİ PROQNOZ

redaktor