Xəbərin qısa icmalı
– Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli “Oxu.az” xəbər saytına Azərbaycanda və dünyada təhsilin vəziyyəti ilə bağlı müsahibə verib. Müsahibə zamanı müşavir dünyanın heç bir yerində yeni elmi fəaliyyətə başlayan alimin ölkənin orta aylıq əmək haqqından yüksək maaş almadığını iddia edib.
– Son statistikalara əsasən Azərbaycanda orta aylıq nominal əmək haqqı 1083,8 manat, Bakı şəhərində isə 1357,3 manat olub. Azərbaycanda yeni elmi fəaliyyətə başlayan alimlər (postdoktorantlar) stajsız olaraq kiçik elmi işçi kimi fəaliyyətə başlayır və 550 manat maaş alırlar.
– Gənc alimlər Türkiyədə 26402 TL (1128 manat), Avstriyada 3204 avro (6425 manat), Britaniyada 2985 funt sterlinq (6922 manat), Danimarkada 32958 DKK (8883,9 manat), Almaniyada isə 4333 avro (8689 manat) məvacib alırlar.