CəmiyyətDigərDünya

Sibirdə rusların gəlişinə qarşı mübarizə aparan qadının abidəsi UCALDILACAQ

Tümen vilayətinin Tobolsk rayonunda yerləşən “İsker” tarixi-memorial kompleksində rusların gəlişinə qarşı mübarizə aparan Suzge-xanımın heykəlinin qoyulması planlaşdırılır. O, Sibir xanı Küçümün arvadlarından biri olub.

Tacxeber.com xəbər verir ki, bu barədə məlumat kompleksin rəsmi “VKontakte” səhifəsində paylaşılıb.

Abidənin qoyulması təşəbbüsü ilə “İrs” təşkilatının Tümen vilayəti üzrə regional şöbəsinin sədri Luizə Şamsutdinova çıxış edib. Bildirilir ki, layihə hələ regionun milli məsələlər üzrə komitəsi ilə razılaşdırılmayıb.

Əfsanələrə görə, Suzge-xanım rusların Sibirdə irəliləməsinə qarşı çıxıb.

Onun əri Küçüm xan isə Buxara Şeybanilər sülaləsinin nümayəndəsi olub. O, Moskvaya sadiq olan və Rusiyanın vassallığını qəbul etmiş Taybuqi nəslindən olan Yedigər xanı devirmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan: Novruz bayramının rəsmi şəkildə qeyd olunması planlaşdırılır

redaktor

Ülviyyə Əlinin həbsdə səhhəti pisləşib

admin

Ukrayna parlamentinin deputatı Azərbaycana təşəkkür edib

redaktor