23 C
Bakı
17 İyul 2025 09:39
DünyaSiyasət

Putin məni məyus edib, amma onunla hələ işim var – Tramp

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın BBC xəbər saytına telefonla müsahibə verib.

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, o müsahibəsində Rusiya-Ukrayna müharibəsindən danışıb.

Ukrayna müharibəsi ilə bağlı razılığa gəlmək üçün Rusiyaya 50 günlük möhlət verən Tramp həmkarı Vladimir Putinin onu məyus etdiyini desə də, onunla işini bitirmədiyini söyləyib.

Tramp Putinə güvənib-güvənmədiyi ilə bağlı suala “Mən demək olar ki, heç kimə güvənmirəm” cavabını verib.

Tramp 20 dəqiqəlik telefon danışığı zamanı Putinin onu məyus etdiyini dəfələrlə dilə gətirib. O, jurnalistin “Putini tökülən qanı dayandırmağa necə razı salacaqsınız?” sualına isə “üzərində işləyirik” deməklə kifayətlənib.

ABŞ lideri izah edib ki, Putinlə görüşəndə onların razılığa yaxın olduqlarını düşünüb, lakin daha sonra Rusiya Ukraynanın paytaxtı Kiyevdəki binaya hücum edib.

Qeyd edək ki, Tramp ötən gün açıq şəkildə Ukraynaya silah göndərmək planlarını açıqlayıb. O, Rusiya 50 gün ərzində razılığa gəlməsə, tarifləri 100% artıracağını söyləyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Makron gülləkeçirməz jilet geyindi…-Ruslar ona qarşı sui-qəsd hazırlayır?..-“MARİANE”

admin

Trampın qərargahı hakerlərin hücumuna məruz qalıb

redaktor

Alla Puqaçovanı ölkədən qovurlar

redaktor