DünyaSiyasət

TƏCİLİ! Zelenski AÇIQLADI: Müharibə Rusiyanın ərazisinə keçir

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin müdafiə cəbhəsindəki vəziyyətlə bağlı açıqlama verib.

Tacxeber.comxəbər verir ki, o bildirib ki, Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovla əsas istiqamətlərdəki vəziyyəti müzakirə edib.

Prezident vurğulayıb ki, Rusiya ordusunun irəliləməyə yönəlmiş bütün cəhdləri Ukrayna bölmələrinin davamlı müdafiəsi nəticəsində uğursuzluğa düçar olur:

“Düşmənin hücum cəhdləri davam edir, lakin hər biri bizim müdafiə dayanıqlığımız və aktiv fəaliyyətimiz sayəsində boğulur.”

Zelenski eyni zamanda Rusiyanın dərinliklərinə yeni uzaqmənzilli zərbələrin planlaşdırıldığını da bəyan edib:

“Vahid məqsədimiz müharibəni Rusiya ərazisinə keçirməkdir. Bölmələrimiz bunun üçün əllərindən gələni edəcək.”

Ukrayna lideri həmçinin silah istehsalı sahəsində irəliləyişlərə də toxunub: hazırda ölkənin ehtiyac duyduğu silahların təxminən 40%-i yerli istehsaldır. Onun sözlərinə görə, bu göstərici artırılmalı və Ukraynanın müdafiə müstəqilliyi daha da möhkəmləndirilməlidir.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Çin Rusiyaya qorxunc miqyasda yardım göstərir, ABŞ həyəcan təbili çalır” – “Financial Times”

admin

Geyimin mənşəyi əxlaqdır.

redaktor

Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq

redaktor