37 C
Bakı
14 İyul 2025 14:56
DünyaHadisəMuharibəSiyasət

“O, (Putin) çox yanıldı”

Dünən Lindsi Qrem çox önəmli bəyanatlar verdi, oxuyaq, təhlil edək.

Müxbir: Konqres yeni maliyyəni təsdiqləməsə, siz Ukraynaya lazım olan yardımı necə göstərə bilərsiniz?

Lindsi Qremin çıxışından əsas məqamları qeyd edək:

– Sabahkı açıqlamaya diqqət yetirin(Tramp demişdi:”Sabah çox önəmli açıqlama olacaq”, gözləyək, baxaq bu “önəmli açıqlama” nəmənə şeydir).

– Amerikanın Ukraynaya yardım məqsədilə silah satması ideyası aktiv şəkildə müzakirə olunur.

– Prezidenti qabaqlamaq istəmirəm, amma dondurulmuş aktivlərlə bağlı xəbərləri izləyin.

– Bessentin müsadirə olunmuş aktivlərdən(Rusiyanın aktivlərindən) daha aqressiv istifadə planını gözləyin.

– ABŞ-ın Ukrayna üçün müttəfiqlərə çoxlu silah satacağı gözlənilir.

– Putin düşünürdü ki, biz yorulacağıq, Avropa isə zəifləyəcək. O, çox yanıldı.

– 6 ay ərzində prezident Tramp Putini danışıqlar masasına əyləşdirməyə çalışdı. Putinin buraxdığı ən böyük səhv Trampdan istifadə etməyə cəhd etməsi oldu.

– NATO daha böyük və güclü oldu, biz isə Ukraynanın güclə ələ keçirilməsinə imkan verməmək ideyasına daha da sadiq qaldıq.

– Konqres ölkə tarixində ən təsirli sanksiyalar paketini qəbul etməyə bir addım məsafədədir.

– Putinin oyunu dəyişəcək. Gözləyirəm ki, yaxın günlərdə Ukraynaya silah axını rekord səviyyədə olacaq.

Gözəl sözlər, gözəl bəyanatlardır, amma biz təbii ki, gözəl sözlərə yox, əməllərə inanırıq. Əməllərə gəlincə.

Tramp nə edə bilər? Hələ Baydenin dövründə ABŞ Konqresinin ayırdığı pullardan Presidential Drawdown Authority (PDA) proqramı üçün nə az, nə çox 3.8 milyard dollar qalıb. Az məbləğ deyil və Tramp bu günə qədər 1 dollar olsa da PDA proüamı üzrə Ukraynaya ayırmayı, halbuki 3.8 milyard qalıq var. Bu puldan ayıra bilər.

Digər məsələ isə Lindsi Qremin dediyi rusların dondurulmuş pullarıdır, Rusiyanın ABŞ-da 5 milyard dondurulmuş dolları var və onların Ukraynaya silahların alınması üçün xərclənməsindən danışılır, amma…

İndiki məqamda bu mümkün deyil və bir neçə gün qabaq mən bu barədə yazmışdım(sanki hiss edirdim). ABŞ Nümayəndələr Palatasının profil komitəsində “REPO” adlı qanun layihəsinə baxılır, məhz “REPO” ABŞ Prezidentinə dondurulmuş 5 milyard dollardan Ukraynanın lehinə istifadə etməyə imkan verəcək. Bu gün isə hələlik “REPO” N/P-də ilişib qalıb. Gözləyək.

İstənilən halda Trampın bugünkü “çox önəmli” bəyanatını gözləyirik.

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

“Whatsapp” və “Instagram” çökdü

redaktor

Bu gün “Zirə” “Qarabağ”a qarşı oyuna çıxacaq.

admin

Rusiya xarici gəmilərin Cənubi Kuril adalarında keçid hüququnu dayandırıb: Yaponiya etiraz edir

redaktor