16 C
Bakı
27 Sentyabr 2025 03:28
CəmiyyətDünya

İlon Mask: “Süni intellekt iki ilə hər bir insandan, beş ilə isə bütün bəşəriyyətdən ağıllı olacaq”

xAI şirkətinin təsisçisi və dünyanın ən varlı insanı İlon Mask süni intellektin (Sİ) yaxın illərdə bəşəriyyəti tam şəkildə üstələyəcəyini bildirib.

Onun sözlərinə görə, süni intellekt artıq insanların əksəriyyətindən ağıllıdır, lakin hələlik hər hansı sahədə ən ağıllı insandan üstün deyil.

“Süni intellekt artıq insanların böyük hissəsindən daha ağıllıdır, amma hələlik konkret sahədə ən ağıllı insandan üstün deyil. Lakin olacaq”, – deyə Mask “X” sosial şəbəkəsində yazıb.

Onun proqnozuna əsasən, süni intellekt iki il ərzində hər bir fərdi insandan ağıllı, beş ilə isə bütün bəşəriyyətdən daha üstün olacaq.

Mask həmçinin bildirib ki, süni intellektin inkişafında əsas məsələ onun həqiqəti axtarmağa can atmasına nail olmaqdır – hətta bu yolda çətinliklər olsa belə.

 

Tacxeber.com

Oxşar xəbərlər

Şəhid İsə Orucovun anası vəfat edib

redaktor

Elmar Məmmədyarov və Əbülfəs Qarayevdən Şuşada maraqlı söhbət – VİDEO

redaktor

Qarabağın erməni sakinlərinin “Laçın” SBM-dən sərbəst keçidini sübut edən növbəti görüntülər – VİDEO

redaktor