16 C
Bakı
28 Sentyabr 2025 01:48
CəmiyyətTəhsil

“Gündə sağılmaq ondan ağırdır, qadınlar məni başa düşdü…” – DİM sədrinin çıxışı maraqla qarşılandı

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin bugünkü çıxışı maraqla qarşılanıb. Sədr ali təhsil müəssisələrinə ötənilki qəbul imtahanının nəticələri ilə bağlı keçirilən tədbirdə jurnalistin replikasını cavablayıb.

M.Abbaszadə bildirib ki, bəzi dövlət sifarişli ixtisaslara kim gəlirsə, dövlət öz hesabına mütəxəssis olmaq üçün onlara pul xərcləməyə hazırdır. Bu, kənd təsərrüfatına aid ixtisaslar, o cümlədən, baytarlıq ixtisasıdır.

M.Abbaszadə zalda əyləşənlərdən birinin “O balla inəyi öldürəcəklər” replikasına belə cavab verib: “Adamı öldürməsin, heç olmasa. İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi öldürüləndən daha ağırdır. Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü…”

DİM sədrinin bu çıxışı zaldakılar tərəfindən müsbət qarşılanıb və alqışlarla müşayiət olunub (Qafqazinfo).

 

Tacxeber.com

Oxşar xəbərlər

Zəhlətökən reklam SMS-lərindən qurtulmağın SADƏ YOLU

redaktor

Məhkəmədən qovulan hakim bu məşhurun qohumudur

admin

Deputat: “Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur”

redaktor