32 C
Bakı
30 İyul 2025 14:09
CəmiyyətDünyaTəhsil

Azərbaycanda universitetdə tələbələrə qiymət qarşılığında əxlaqsız təkliflər edilir? – RƏSMİ

Sosial şəbəkələrdə Naxçıvan Dövlət Universitetində bəzi dekanların tələbə qızlara əxlaqsız təkliflər etməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, tələbələrə qiymət qarşılığında cinsi əlaqədə olmaq təklif edilib. Əlavə olaraq qeyd edilib ki, tələbələr baş verənləri lentə alaraq rektora təqdim ediblər. Lakin, bunun əvəzində onlar qısnamaya məruz qalıblar.

Məsələ ilə bağlı Oxu.Az-ın Universitetə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:

“Universitetdə müəllim-tələbə münasibətlərində etik qaydalara və qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunur. İmtahan prosesi mərkəzləşdirilmiş qaydada, şəffaflıq prinsipləri əsasında təşkil olunur və qiymətləndirmə obyektiv aparılır”.

Qeyd olunub ki, məsələ universitet rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, araşdırma aparılıb və heç bir rəsmi şikayət və ya sübut aşkarlanmayıb:

“Aparılan yoxlamalar nəticəsində yayılan məlumatların heç bir əsasının olmadığı ortaya çıxıb. Artıq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub və yalan məlumat yayan şəxslər barəsində qanuni tədbirlərin görülməsi üçün proses başlanılıb”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qripin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

redaktor

Bayden imzaladı, “TikTok” üçün geri sayım başladı: Səbəb prezident seçkiləridir?

admin

Döyüş meydanından qaçmış erməni polkovnikə ittiham irəli sürüldü

redaktor