14 C
Bakı
07 Noyabr 2025 22:04
DünyaSiyasət

Putindən şok: Bu halda Rusiya məhv olacaq!

Sovet İttifaqı “autodafe” ona görə etdi ki, ölkə sivil dünyanın bir hissəsi olmaq üçün Qərblə daha güclü əlaqələr qurmaq istəyirdi.

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“SSRİ “autodafe” etdi, yəni özünü ləğv etdi, onlar güman edirdilər ki, Rusiya sivil adlanan dünyanın bir hissəsi olacaq”, – o bildirib

Putinin sözlərinə görə, bundan sonra Qərb ölkələri qərara gəldi ki, SSRİ artıq mövcud deyilsə, o zaman Sovet İttifaqı ilə eyni potensial gücə malik olmayan Rusiya ilə bağlı qaydalara məhəl qoymayacaqlar.

O əlavə edib ki, Qərb SSRİ dağılandan sonra Rusiyanı öz maraqlarına uyğun şəkildə yenidən formalaşdırmağa çalışıb, lakin Moskva anladı ki, bu ölkə öz maraqlarını müdafiə etməlidir.

O vurğulayıb ki, Rusiya ya müstəqil və suveren olacaq, ya da ümumiyyətlə olmayacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Alimpaşa Məmmədovun 10 milyonluq əmlakı üzərinə həbs qoyulub – SİYAHI

redaktor

Putin Paşinyanla razılaşdı: Ruslar çıxır, erməni sərhədçiləri gəlir!

redaktor

Qurban Qurbanov: “Futbolçulara dedim ki, bu oyundan həzz almalıyıq”

redaktor