37 C
Bakı
13 İyul 2025 14:51
DünyaMuharibəSiyasət

Kiyevdə ukraynalı polkovniki qətlə yetirənlər zərərsizləşdirildi

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirdikləri xüsusi əməliyyat zamanı Rusiya xüsusi xidmət orqanlarının agentlərini – FTX-nin tapşırığı ilə Kiyevdə polkovniki qətlə yetirən şəxsləri zərərsizləşdiriblər.

Tacxeber.comxəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatına görə, qatillərin axtarışı üzrə xüsusi əməliyyata şəxsən xidmətin sədri, general-leytenant Vasıl Malyuk rəhbərlik edib.

“Rusiya FTX-nin agent-döyüş qrupunun əvvəlcədən Ukrayna ərazisinə keçidi təşkil olunub və üç gün əvvəl əməkdaşlarımız, bizim silahdaşımız olan polkovnik İvan Voroniçi qətlə yetiriblər. Axtarış və fəal əks-kəşfiyyat tədbirləri nəticəsində düşmənin gizləndiyi yer müəyyən edildi. Saxlanılma zamanı onlar silahlı müqavimət göstərdilər və atışma baş verdi. Nəticədə, həmin mənfur şəxslər zərərsizləşdirildi. Xatırlatmaq istəyirəm: Ukrayna ərazisində düşmən üçün yeganə perspektiv ölümdür!” – deyə Malyuk bildirib.

İstintaqın məlumatına əsasən, Ukrayna müdafiəçisinin qətli iki nəfər – bir kişi və bir qadın tərəfindən törədilib. Onların kuratoru polkovniki izləməyi, onun gündəlik hərəkət marşrutunu müəyyənləşdirməyi tapşırıb. Daha sonra həmin rus kurator killerlərə tapança və səsboğucu saxlanılan gizli yeri göstərib.

Qeyd olunur ki, polkovniki qətlə yetirdikdən sonra killerlər “yerə uzanaraq izlərini itirməyə” çalışıblar. Lakin xüsusi xidmətin əməkdaşları onların yerini – Kiyev vilayətindəki məkanlarını – müəyyən edə biliblər.

Təhlükəsizlik xidməti məlumat verib ki, 13 iyul səhər saatlarında keçirilən xüsusi əməliyyat zamanı Rusiya FTX-nin agent-döyüş qrupunun üzvləri silahlı müqavimət göstərdiyi üçün yerindəcə məhv ediliblər.

Qeyd edək ki, 10 iyul cümə axşamı günü Rusiya xüsusi xidmət orqanlarının agentləri Kiyevin Qolosiyiv rayonunda xüsusi xidmət əməkdaşını qətlə yetiriblər. Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 348-ci maddəsi (“Hüquq-mühafizə orqanı əməkdaşının, ictimai asayişin qorunması üzrə ictimai birliyin üzvünün və ya hərbi qulluqçunun həyatına sui-qəsd”) üzrə cinayət işi başlanıb. (Konkret.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-da qaradərili vətəndaşların hüquqlarının müdafiəcisi Martin Lüter Kinqindən maraqlı hadisə

admin

Çılpaq qadın heykəli görün niyə götürülüb: “Azərbaycan müsəlman ölkəsi deyil”

redaktor

Putinə ölümcül hədiyyə – FOTO

admin