37 C
Bakı
13 İyul 2025 15:01
DigərMaraqlı

Adam kimi cavab ver! – ChatGPT-nin sirli kodları

ChatGPT-dən daha səmərəli istifadə etmək və sorğulara spesifik cavablar almaq üçün bir sıra texniki üsullar var. Onlardan istifadə etməklə, Sİ sizə daha rəngarəng cavablar verəcək. Bunun üçün sadəcə olaraq bir neçə kod sözdən düzgün istifadə etmək lazımdır.

Tacxeber.comhəmin kodları təqdim edir:

ELI5 (Explain Like I’m 5) – yəni “5 yaşım varmış kimi izah et”)

Bu koddan istifadə etdikdə Sİ istənilən qəliz məsələni ən sadə, demək olar ki, uşaq dili ilə izah edəcək.

TLDR (summorize long text into short – uzun mətni qısalt)

Bu kod sorğunuza yığcam cavab verəcək.

Jargonize (professional nerdy tone − peşəkar və ya intellektual formada cavab hazırlayır)

Bu kodla cavab daha “ağıllı” formada təqdim olunacaq.

Humanize (sound like a human – “adam” kimi cavablandır)

Bu kodla Sİ çəkingən, qeyri-səmimi, şablon, süni cavablar verməyəcək. Elə təəssürat oyanır ki, sanki insanla söhbət edirsən.

Feynman Technique (deep understanding – dərindən anlama)

Bu texnika sualınızı 4 mərhələyə bölməklə daha sanballı cavablar verəcək, mövzunu dərindən anlamağa kömək edəcək.

YADDA SAXLAMALI MƏQAMLAR:

Bu kodlar mütləq İNGİLİS ŞRİFTLƏRİ ilə YAZILMALIDIR. Əks halda işləməyəcək.

Bu kodlardan lazım olanını yazırsınız və ya TİRE qoyaraq sorğunu qeyd edirsiniz, ya da kod sözü DIRNAQ içində qeyd edib, arxasınca əlavə heç bir işarə daxil etmədən sorğunuzu yazırsınız. /bakupost.az/

Məsələn:

TLDR – Füzuli

Və ya:

“TLDR” Füzuli

 

Tacxeber.com

Oxşar xəbərlər

Vasif Talıbovun qudası istintaqa cəlb olundu

redaktor

Qəribə dəvətnaməyə görə polis toyu LƏĞV ETDİRDİ – FOTO

redaktor

Dünyanı dəyişdirən telefon: İlon Maskdan möcüzəvi “Tesla Phone” gəlir

redaktor