11 C
Bakı
25 Mart 2026 19:05
DünyaHadisə

Xameneinin nümayəndəsi müəmmalı şəkildə öldü

Tehranda dünən baş vermiş partlayışın əsas hədəfinin nə olduğu hələlik rəsmi olaraq açıqlanmasa da, İran İslam Respublikasının təhlükəsizlik və təbliğat aparatında mühüm fiqur olan, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının keçmiş rəhbərinin qardaşı Əli Taebin ölümü bu hadisəyə diqqəti yenidən cəlb edib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, Əli Taeb rejimin güc strukturlarında əsas vəzifələrdə çalışıb, xalq etirazlarını yatırmaq üçün paytaxt Tehranda əsas güc mərkəzi sayılan “Sarəllah” Qərargahında İranın ali rəhbərinin nümayəndəsi, SEPAH-ın Birləşmiş Qərargah rəisinin müşaviri, Beynəlxalq Əl-Mustafa Universiteti, Əl-Ğədir Mərkəzi, Qum şəhərində yerləşən Şəhid Məhəllati İnstitutu kimi ideoloji mərkəzlərin qurucusu və rəhbəri kimi mühüm mövqeləri tutub.

O, SEPAH-ın siyasi-ideoloji təhsil sisteminin baş memarlarından biri hesab olunur. Əli Taeb “Vilayət-i-Fəqih” ideologiyasının gücləndirilməsi, müxalif fikir daşıyıcılarının neytrallaşdırılması və repressiv kadrlardan ibarət yeni nəsil elitanın formalaşdırılması prosesində əsas fiqurlardan biri kimi çıxış edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Hindistanda tikilməkdə olan körpü çökdü – VİDEO

redaktor

Ermənistanda “Tarix” dərsliyində Qarabağ Azərbaycanın tərkibində göstərilib

redaktor

Xəstəxanada çəkilən videonun detalları – 3 nəfərə cinayət işi açıldı

redaktor