23 C
Bakı
01 Sentyabr 2025 04:29
CəmiyyətDünyaHadisə

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

Yekaterinburqun Koltsovo hava limanında Azərbaycana bəyan olunmamış dərman preparatları keçirməyə cəhd edən iki azərbaycanlı saxlanılıb.

Regional gömrük mətbuat xidmətinin məlumatına görə, yoxlama zamanı sərnişinlərin üzərindən 200-ə yaxın ampula natrium tiosulfat aşkarlanıb. Onlardan biri izahatında bildirib ki, dərmanları Azərbaycana göndərmək üçün dostundan alıb. Digəri isə həmin dərman preparatlarını onun xahişi ilə tanımadığı bir şəxsdən götürdüyünü deyib.

Onlar bu cür yüklərin rəsmi qeydiyyata alınmasının vacibliyindən xəbərsiz olduqlarını iddia ediblər.

Hazırda onların barəsində inzibati tədbirlərin görüləcəyi və cərimələnəcəkləri gözlənilir.(Milli.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Putin istədiyinə nail oldu, bu taktiki qələbədir” – Stefan Master

redaktor

Meloni: “Biz görə bilməsək də, gələcək nəsillər atdığımız addımların bəhrəsini görəcəklər” – VİDEO

redaktor

Ukraynada qələbə havası, Rusiyada gərginlik – “Durum tamamilə dəyişib”

admin