30 C
Bakı
12 İyul 2025 09:52
DünyaSiyasət

Makronu protokol pozuntusuna görə “beş dəqiqəlik Napoleon” adlandırdılar

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyaya dövlət səfəri zamanı kral protokolunu pozduğu üçün britaniya mətbuatında tənqid olunub. The Daily Mail nəşrinin yazdığına görə, Makron “beş dəqiqəlik Napoleon Bonapart” adlandırılıb.

Məlumata görə, Makron Vindsor qalasında keçirilən hərbi salamlamada Kral III Çarlzın qarşısında addımlayıb və bu, protokola zidd hesab olunur. İkinci pozuntu isə Vindsorun Yuxarı dairəsində baş verib — Fransa lideri qrenader qvardiyasının kapitanını kürəyindən yüngülcə vurub. Halbuki mərasim zamanı qvardiya üzvlərinə toxunmaq qadağandır.

Makron Böyük Britaniyaya üçgünlük dövlət səfərinə həyat yoldaşı Bricit Makronla birlikdə gedib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

admin

Boreldən birgə bəyanata reaksiya: “Bu mühüm siyasi addımdır”

redaktor

Starmer: ABŞ ilə Aİ arasında seçim etmək yanlışdır

redaktor