CəmiyyətHadisəŞikayət

Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində intihar hadisəsi baş verib.

Dövlət Sərhəd Xidmətinin Şəmkir rayonunda yerləşən hərbi hissəsində intihar hadisəsi baş verib. 10 iyul tarixində gecə saatlarında kiçik çavuş M. S (ad soyad bizə bəlidir) özünü avtomat silahla güllələyərək intihar edib.

DSX hadisə barədə məlumatları gizlədib.

DSX -da intiharlar və müammalı ölümlər sistematik hal alıb.

Bu il bizə məlum olan 3-cü ölüm hadisəsidir. İyun ayında DSX-nın əsgəri Həsənli Rasim Rammıdin oğlu hospitalda həyatını itirib. DSX əsgərin xəstəlikdən öldüyünü iddia etsədə ailəsi Həsənli Rasimin döyülərək öldüyünü bildirib. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi acılıb. Bu ilin aprelində isə DSX-nın kiçil giziri Rahim Novruzov Cəbrayıl rayonu ərazisində yaşadığı mənzildə intihar etmişdi.

DSX dan Şəmkirdə baş verən intihar hadisəsi ilə bağlı rəsmi acıqlama vermələrini tələb edirəm.

 

Əfqan Muxtarlı

Tacxeber.com

Oxşar xəbərlər

Məhkəmə “Şlyapa Zahid”in vəsatətlərini təmin edib

redaktor

Səfir Bakıda xanımı ilə səmimi foto paylaşdı

redaktor

Ali Məhkəmə siyasi məhbus haqqında 8 illik həbs hökmünü qüvvədə saxladı.

admin