12 C
Bakı
25 Mart 2026 12:54
CəmiyyətHadisəŞikayət

Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində intihar hadisəsi baş verib.

Dövlət Sərhəd Xidmətinin Şəmkir rayonunda yerləşən hərbi hissəsində intihar hadisəsi baş verib. 10 iyul tarixində gecə saatlarında kiçik çavuş M. S (ad soyad bizə bəlidir) özünü avtomat silahla güllələyərək intihar edib.

DSX hadisə barədə məlumatları gizlədib.

DSX -da intiharlar və müammalı ölümlər sistematik hal alıb.

Bu il bizə məlum olan 3-cü ölüm hadisəsidir. İyun ayında DSX-nın əsgəri Həsənli Rasim Rammıdin oğlu hospitalda həyatını itirib. DSX əsgərin xəstəlikdən öldüyünü iddia etsədə ailəsi Həsənli Rasimin döyülərək öldüyünü bildirib. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi acılıb. Bu ilin aprelində isə DSX-nın kiçil giziri Rahim Novruzov Cəbrayıl rayonu ərazisində yaşadığı mənzildə intihar etmişdi.

DSX dan Şəmkirdə baş verən intihar hadisəsi ilə bağlı rəsmi acıqlama vermələrini tələb edirəm.

 

Əfqan Muxtarlı

Tacxeber.com

Oxşar xəbərlər

İstanbulda partlayış zamanı 6 nəfər ölüb, 53 nəfər yaralanıb – YENİLƏNİB-3

redaktor

Nizami rayonunda Firdovsi Cəbrayılov kabusu: Merə də, başçıya da qalib gəlir

redaktor

Doğuşdan bir neçə saat sonra öldü, iki övladı qaldı – VİDEO

redaktor